“Qlobal neft hasilatının azaldılması anlaşmasının 9 ay müddətinə uzadılması təklifi ilə hasilatçı ölkələrin hamısı razı deyil. Tam razılaşma yalnız 6 ay müddətinə uzadılma proqramı üzrə mümkündür”.
Oxu.Az Report-a istinadən xəbər verir ki, bu açıqlama ilə Küveytin neft naziri Assam əl-Mazruk çıxış edib.
Nazir bildirib ki, OPEC neft hasilatının azaldılması kvotasının artırılması məsələsini də müzakirə etmir:
“Hazırda hasilatı daha çox azaltmağa ehtiyac yoxdur”.
“Report”un analitik qrupu bildirir ki, əgər mayın 24-25-də Vyanada keçiriləcək OPEC-in sammitdə anlaşma 6 ay və eyni səviyyədə qalmaq şərtilə qəbul edilərsə neft qiymətləri 50 dollar/barel səviyyəsindən aşağı enə bilər.
U.A.
www.oxu.az