Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Nazir İslam İnkişaf Bankının yaradılmasının 50 illiyi ilə bağlı paylaşım edib - FOTO
“İslam İnkişaf Bankının yaradılmasının 50-ci ildönümünə həsr edilmiş Qızıl Yubiley tədbirində Bankın Azərbaycanla uzunmüddətli və çoxtərəfli əməkdaşlıq formatında qurulmuş yüksəksəviyyəli tərəfdaşlığından məmnunluq ifadə olundu”.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “X” hesabında paylaşıb.
O bu əlamətdar tarix münasibətilə İslam İnkişaf Bankının heyətinə səmimi təbriklərini çatdırıb.
“Qurumun işinə uğurlar arzulayır və müştərək təşəbbüslərin yeni məzmunlarla zənginləşəcəyindən əmin olduğumuzu bildiririk”, - deyə nazir qeyd edib.
İslam İnkişaf Bankının (@isdb_group) yaradılmasının 50-ci ildönümünə həsr edilmiş Qızıl Yubiley tədbirində Bankın #Azərbaycan-la uzunmüddətli və çoxtərəfli əməkdaşlıq formatında qurulmuş yüksək səviyyəli tərəfdaşlığından məmnunluq ifadə olundu. Bu əlamətdar tarix münasibətilə… pic.twitter.com/wts62kJjEe
— Mikayil Jabbarov (@MikayilJabbarov) April 29, 2024