Ötən il qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 90 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 70 milyon manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 66,2 milyon manat vəsait ayrılıb.
Bu barədə Oxu.Az-a Dövlət Neft Fondundan bildirilib.
31,6 milyon manat vəsait “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə yönəldilib.
“Cənub Qaz Dəhlizi” layihəsi üzrə 797,4 milyon manat, “STAR” neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsinə isə 331,8 milyon manat vəsait ayrılıb.
2016-cı il ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 20,1 milyon manat təşkil edib.
U.A.
www.oxu.az