Brent neftininin barelinin qiyməti, İraqda artan siyasi gərginliyin ölkənin neft istehsalına zərər verməyəcəyi proqnozları ilə, beynəlxalq bazarlarda analitiklərin kritik dəstək kimi xarakterizə etdikləri 104,3-ün altına düşərək ilin ən aşağı səviyyəsi olan 103,57 dolları görüb. Buna artan satış təzyiqi də təsir göstərib.
Oxu.Az Marja-ya istinadən xəbər verir ki, Brent növü xam neftin barelinin qiyməti, ard-arda 3-cü əməliyyat günüdür ki, enir.
Brent neftininin barelinin qiyməti, bu dəqiqələrdə 103,80 dollardan icra olunur.
Analitiklər, İraqda artan siyasi gərginliyin ölkənin neft istehsalına zərər verməyəcəyi proqnozlarının neft qiymətlərində enişi dəstəklədiyini yazır.
Brent növü xam neftin barel qiymətinin, 104,3 kritik dəstək səviyyəsinin altında bağlanışı reallaşdırması vəziyyətində, satış təzyiqinin arta biləcəyini qeyd edən analitiklər, bu vəziyyətdə 102,9 dolların dəstək ola biləcəyini bildirirlər.