ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0.58 dollar azalaraq 60.08 dollar olub.
Oxu.Az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının son gedişində WTI neftinin qiyməti 1.55 dollar ucuzlaşaraq 1 barelə görə 50.78 dollar təşkil edib.