OPEC və üzv olmayan digər ölkələrdən ibarət Birgə Texniki Komitə 2018-ci ilin 2-ci rübündə neft bazarlarının yenidən sabitləşəcəyini proqnozlaşdırır.
Oxu.Az Bloomberg-ə istinadən xəbər verir ki,Birgə Texniki Komitə OPEC və quruma daxil olmayan ölkələr arasında may ayında istehsal məhdudiyyətlərinə əməletmənin 106 faiz olduğunu bildirib.
Qeyd edək ki, cari ilin may ayında OPEC və üzv olmayan digər ölkələr hasilatı azaltmaqla bağlı qərarı 2018-ci ilin birinci rübünün sonuna qədər uzatmaq yönündə razılığa gəliblər.
L.Ə.