Heydər Əliyev prospektində hərəkət tam bərpa edilib.
Oxu.Az Lent.Az-a istinadən xəbər verir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, Şəfa stadionun qarşısında, orta yolda aparılan təmir-tikinti işləri başa çatıb.
Hazırda şəhər istiqamətində nəqliyyat vasitələrinin sərbəst hərəkəti təmin olunub.
Qeyd edək ki, Heydər Əliyev prospektində bir neçə ay idi ki, tikinti işləri ilə əlaqədar nəqliyyat sıxlığı və tıxaclar müşahidə edilirdi.