Bakı şəhərinin Suraxanı rayonu ərazisində 17 yaşlı qız bıçaqlanıb.
Oxu.Az Lent.Az-a istinadən xəbər verir ki, Rayon Polis İdarəsindən verilən məlumata görə, Qaraçuxur qəsəbəsi 40/48 ünvanında 1988-ci il təvəllüdlü Abdullayeva Aynur Füzuli qızı ailə-məişət münaqişəsi zəminində 17 yaşlı bacısı Ayşəni bıçaqlayıb.
İkinci ağır vəziyyətdə 3 saylı Şəhər Xəstəxanasına yerləşdirilib.
Hadisə ilə əlaqədar araşdırmalar aparılır.