"NIKOIL | Bank" Sizləri yenilənmiş korporativ veb-saytına ziyarət etməyə dəvət edir.
Sayt yenidən dizayn edilib, bölmələrin quruluşu və məzmunu yenidən qurulub, istifadəsi maksimum rahatlığa qədər asanlaşdırılıb.
Dünya və korporativ standartlara, həmçinin qanunvericiliyin tələblərinə cavab verən www.nikoil.az saytı naviqasiyada çox sadə və rahatdır. Fərdi dizayner yanaşması mühüm informasiyalarla: bank haqqında, onun tarixi, strategiyası, təşkilati strukturu, missiyası və maliyyə göstəriciləri, aktual məhsulları və onların şərtləri, xüsusi təkliflər, son xəbərlər haqqında asanlıqla və müfəssəl tanış olmağa və özünüz üçün yenilənmiş məhsul xəttində sizin və ya bankın onlayn-çat əməkdaşlarının köməyi ilə bu və ya digər bank məhsullarını seçməyə imkan yaradır.
Kredit və ya plastik kartlar üçün onlayn-ərizə, kredit və ya kommunal ödəmələr, depozit və kredit hesablayıcıları, məhsulun rahat seçimi üzrə köməkçilər, internet-bankinq, bankın bütün filial və bankomatlarını dəqiq göstərən xəritə - bunlar hələ yeni www.nikoil.az korporativ saytının xidmətlərinin tam siyahısı deyildir.
"NIKOIL | Bank" Bakıda və Azərbaycanın regional mərkəzlərində satışın inkişaf etmiş şəbəkəsi olan universal maliyyə-kredit təşkilatıdır. Bank müasir və etibarlı bank xidmətlərinin, o cümlədən – hesablaşma, depozit, akt, kredit və zəmanət əməliyyatlarının tam paketidir (qovluğudur). Korporativ saytdan başqa, bütün bank məhsulları, aksiyalar və xüsusi təkliflər barədə informasiyaları qısa (012) 981 nömrəsindən əldə edə bilərsiniz.
Sosial şəbəkədə bankın rəsmi səhifəsinin ünvanı:
https://www.facebook.com/bank.nikoil