2018-ci ilin altı ayında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə 952 mln. 598,2 min sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən Oxu.Az-a bildirilib ki, bu, ötən ilin analoji dövrünün göstəricisindən 1,5% çoxdur.
Hesabat dövründə dəmiryolu nəqliyyatı ilə 1 mln. 277,4 min nəfər (artım 6,1%), dəniz nəqliyyatı ilə 7,4 min nəfər (azalma 23,4%), hava nəqliyyatı ilə 1 mln. 60,9 min nəfər (artım 7,8%), metro vasitəsilə 118 mln. 368,2 min nəfər (artım 2,3%) daşınıb.
Bu ilin yanvar-iyun aylarında avtomobil nəqliyyatı vasitələrilə 831 mln. 884,3 min sərnişin, avtobuslarla 799 mln. 18,5 min sərnişin, taksilərlə 32 mln. 865,8 min sərnişin daşınıb. Taksi ilə daşınma 2,6% artıb.
L.Ə.
www.oxu.az