2025-ci ilin icmal büdcəsi 3 milyard 678,9 milyon manat kəsirlə (defisitlə) proqnozlaşdırılsa da, faktiki olaraq 3 milyard 355.1 milyon manat məbləğində büdcə artıqlığı (profisit) yaranıb.
Oxu.Az-ın məlumatına görə, sözügedən məsələ "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında" Qanun layihəsində əksini tapıb.
Qeyd olunur ki, Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan icmal büdcədə 13 milyard 814,1 milyon manat kəsir qeydə alınıb ki, bu da 2025-ci ilin faktiki ÜDM-in 10.7 faizini təşkil etməklə proqnozlaşdırılmış həddən 3.3 faiz azdır.
2025-ci il üçün dövlət büdcəsinin gəlirləri 39 milyard 184.6 milyon manat, təsdiq olunmuş proqnoza qarşı 2.2 faiz çox, dövlət büdcəsinin xərcləri 38 milyard 604.6 milyon manat, təsdiq olunmuş proqnoza qarşı 6.8 faiz az və dövlət büdcəsinin profisiti 580 milyon manat olub.