Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 1 milyard 424 milyon 100 min manat həcmində əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb.
Oxu.Az Dövlət Statistika Komitəsinə istinadən verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 24.3% artım deməkdir.
Əczaçılıq və tibbi məhsullar üzrə ticarət dövriyyəsinin ümumi pərakəndə satışdakı xüsusi çəkisi 2.4% təşkil edib.
Ümumilikdə, 2025-ci ilin yanvar-noyabr aylarında ölkədə pərakəndə ticarət dövriyyəsi 58 milyard 571 milyon manat olub.
Elmidar Əliyev