2017-ci ilin 5 ayı üzrə özəlləşdirmədən daxilolmalar 50,0 mln. manat təşkil edib.
Oxu.Az xəbər verir ki, bu barədə 2017-ci il dövlət büdcəsi haqqında qanunda aparılan dəyişikliklərə Hesabalama Palatasının rəyində bildirilib.
Qeyd olunub ki, proqnozlaşdırılmış büdcə kəsirinin 200,0 mln. manatının özəlləşdirmədən daxilolmalar hesabına maliyyələşdirilməsi nəzərdə tutulub. Lakin özəlləşdirmədən daxilolmaların 200,0 mln. manat məbləğində müvafiq büdcə tapşırığına nisbətən 50,0 mln. manat təşkil etməsi ilin sonunadək bu mənbə üzrə proqnoz göstəricinin yerinə yetirilməsi ehtimalının aşağı olduğunu göstərir.
Məlum olur ki, 2016-cı il dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsi mənbələrindən biri kimi də özəlləşdirmədən daxilolmalar göstərilmişdi. Lakin proqnoza tam əməl edilməmişdi. Belə ki, bu mənbə üzrə 100 mln. manat məbləğində vəsaitin daxil olması nəzərdə tutulsa da, ilin sonuna dövlət büdcəsinə 3,2 dəfə az - 31,232 mln. manat məbləğində vəsait daxil olmuşdu.
L.Ə.