Əsas payı Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan “Petkim Petrokimya Holding A.Ş”-də biznes dəstəyi üzrə baş direktor müavini vəzifəsi yaradılıb.
Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə holdinqin Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasındakı (Kamuyu Aydınlatma Platformu-KAP) məlumatında bildirilir.
Qeyd olunub ki, bu vəzifəyə Xalıq Mustafayev təyin edilib.
U.A.
www.oxu.az