Dünya bazarlarında neftin qiyməti bahalaşıb.
Bu barədə Oxu.Az London və Nyu-York birjalarında keçirilən hərracların nəticələrinə istinadən xəbər verir.
Belə ki, London birjasında Brent markalı neftin mart fyuçerslərinin qiyməti 0,84% artaraq bir barelə görə 55,54 dollar olub.
Nyu-York birjasında WTI neftinin bir bareli 0,82% bahalaşaraq 53,18 dollara satılıb.
Qeyd edək ki, neftin qiymətinin bahalaşmasına dolların ucuzlaşması səbəb olub.
U.A.
www.oxu.az