"Qaz təchizatı haqqında" qanun təkcə "Azəriqaz" deyil, sektorun bütün iştirakçıları üçün yeni imkanlar yaradacaq.
Oxu.Az xəbər verir ki, bunu "Azəriqaz" İstehsalat Birliyinin Baş direktoru Azər Məmmədov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında bildirib.
Onun sözlərinə görə, "Azəriqaz" İB paylanma və pərakəndə satış funksiyalarını həyata keçirir:
"Hazırda 2.6 milyondan çox abonentə birbaşa xidmət göstəririk. "Qaz təchizatı" haqqında yeni qanun layihəsinin qəbul edilməsi qaz sektorunda islahatların sürətləndirilməsi, aydın və şəffaf qaydaların tətbiqi, ədalətli tarif mexanizmlərinin qurulması və istehlakçı ilə etibarlı münasibətlərin formalaşdırılması baxımından mühüm mərhələ olacaq. Bu sənəd yalnız "Azəriqaz" deyil, sektorun bütün iştirakçıları üçün yeni imkanlar yaradacaq".
Mərahim Nəsib