Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Qiymətləri ilə gözü kəlləyə çıxaran obyektlər: Niyə belə bahadırlar?
Bakıda məşhur biznes mərkəzlərindən birinin 120 milyon manata satışa çıxarılması belə obyektlərin qiymətlərinin necə müəyyən olunmasını gündəmə gətirir.
Oxu.Az xəbər verir ki, daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyevin sözlərinə görə, hər hansı bir əmlakın bazar dəyərini müəyyən etmək üçün ilk öncə onun yerləşdiyi ərazi, həmin ərazidəki torpaq sahəsinin qiyməti, tikinti xərci və daha önəmlisi gəlirlilik hesablanır:
"Adətən hər hansı bir qeyri-yaşayış obyektinin icarə qiyməti onun satış qiymətinin 0,5 faiz nisbəti ilə hesablanır. Yəni bir əmlakın satış qiyməti 1 milyon manatdırsa, onun minimal icarə qiyməti 5 min manat hesablanır".
Ətraflı Baku TV-nin süjetində: