Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişir.
Oxu.Az xəbər verir ki, WTI neftinin qiyməti 1 barelə görə 0,11 dollar və ya 0,21% artaraq, 51,67 dollar təşkil edib.
Brent markalı neftin 1 barelinin dəyəri isə 0,37 dollar və ya 0,65% azalaraq, 56,79 dollar olub.
COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 3,90 dollar azalıb. Nəticədə qızılın unsiyası 1 284,80 dollara satılıb.
L.Ə.