İki gündən sonra Azərbaycanda Ramazan ayı başlayır.
Oxu.Az-ın məlumatına görə, “Qafqazinfo”nun əməkdaşları bayram ərəfəsində paytaxtın bir neçə bazarında olub.
Onlar meyvə-tərəvəz, ət və ağartı məhsullarının qiymətləri ilə maraqlanıblar. Məlum olub ki, mövsümlə əlaqədar daha çox meyvə-tərəvəz məhsullarının qiymətində ciddi ucuzlaşma müşahidə olunur.
Ağartı məhsulları, quru meyvələrdə isə qiymət fərqi hiss edilmir. Ət və toyuq üçün isə keçən Ramazana nisbətən daha çox xərcləməli olacaqsınız.
Son günlərə kimi 3-4 manata satılan pomidorun qiyməti 1 manat 50 qəpiyə kimi ucuzlaşıb.
Digər meyvə-tərəvəz məhsullarının qiyməti, satıcı və alıcıların fikirlərini əks etdirən videosüjeti təqdim edirik:
U.A.