Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin Kurqansk vilayətinin mütəxəssisləri Azərbaycandan bu bölgəyə ixrac edilən tərəvəzlərdə zərərverici Cənubi Amerika güvəsi aşkar ediblər.
Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, nəticədə 16,193 ton pomidorun satışı qadağan olunub.
Sahibkarlara pomidorları dezinfeksiya etmək tapşırılıb.
L.Ə.