İran almalarının Rusiyanın paytaxtı Moskva şəhərinə birbaşa çatdırılmasını təmin etmək üçün Moskvada İran kənd koorperativləri təşkilatı tərəfindən bazar açılıb.
Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu sözləri İran Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi Ramazan Ruintan bildirib.
“İran əyalətlərində alma bağlarının ümumi ərazisi 334 min hektar (290 min ton məhsul verən bağlar) təşkil edir. Əsasən İran almaları Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Tehran, Məzhəkə, İsfahan, Xorasan-Rezavi, Həmədan və Çexarmexal və Baxtiariya əyalətlərində yetişdirilir. İranda almaların orta məhsuldarlığı sahənin vahidindən daha çox 17 t təşkil edir. Bəzi qabaqcıl bağbanlar bu göstəricini 130 t-a qədər qaldıra bilirlər. Güman edilir ki, bu ildə 3,5 milyon ton alma yığılacaq” - deyə, Ruintan qeyd edib.
Onun sözlərinə görə, bu il İran daha çox məhsul ixrac edəcək:
“Ötən il İran 172 milyon dollar dəyərində 396 min ton almanı İraq, Pakistan, Əfqanıstan, Fars körfəzinin ölkələri, keçmiş sovet respublikalarına, həmçinin Qazaxıstana satıb. Bu ildə isə 200 milyon dollar dəyərində 500 min ton almanın ixracı planlaşdırılır”.
Bundan başqa, nazirliyin rəsmisi İran almalarının ixracı ilə əlaqədar bəzi güzəştlərin də ediləcəyini istisna etmir.
Ülviyyə R. Əli
www.oxu.az