Rusiya höküməti 2018-ci il üzrə federal büdcənin kəsirini azaldaraq, 1,271 trilyon rubl proqnozlaşdırıb.
Oxu.Az xəbər verir ki, 2018-ci il və qarşıdakı üç illik büdcə layihəsi Rusiya Dövlət Dumasına daxil olub.
Büdcə layihələrində 2019-cu il üzrə büdcə kəsiri 819,1 milyard rubl, 2020-ci il üzrə 869,9 milyard rubl nəzərdə tutulub.
2018-ci ildə Rusiya dövlət büdcəsinin gəlirləri 15,257 trilyon rubl olacaq. 2019-cu ildə bu rəqəmin 15,554 trilyon rubl, 2020-ci ildə 16,285 trilyon rubl təşkil edəcəyi gözlənilir. Xərclərə gəlincə, 2018-ci ildə büdcə xərcləri 16,529 trilyon rubl, 2019-cu ildə 16,373 trilyon rubl, 2020-ci ildə 17,155 trilyon rubl proqnozlaşdırılıb.
L.Ə.