Moskva birjasında dolların məzənnəsi 18 kopek ucuzlaşaraq, 56,98 rubl təşkil edib.
Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, sentyabrın 8-dən indiyədək dolların məzənnəsi ilk dəfə 57 rubldan aşağı düşüb.
Avro isə dollara nisbətdə 25 kopek ucuzlaşıb. Nəticədə 1 avro 67,38 rubl olub.
L.Ə.