2014-cü ilin yanvar-iyun ayları ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2632 sahibkara 129 milyon manat güzəştli kredit verilib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidməti yayıb.
“Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 6000-ə yaxın yeni iş yerlərinin yaradılmasına imkan verib”, - fondun icraçı direktoru Şirzad Abdullayev deyib.
Xatırladaq ki, SKMF 1992-ci ildə yaradılıb. Kreditlərin verilməsi zamanı fondun agenti olaraq 46 bank və qeyri-bank kredit təşkilatları çıxış edir. 2013-cü ildə fond 275 milyon manat kredit ayırıb. 2014-cü ildə isə fond 280 milyon manat məbləğində kredit verməyi planlayır.
Gülnarə Zeynalova
www.oxu.az