"KOBİA 37 sərgidə 1 600-dən çox KOB subyektinin iştirakına dəstək olub. Biz onlara iri ticarət şəbəkələrində öz məhsullarını təqdim etməyə şərait yaradırıq".
Oxu.Az xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən 6-cı "Yerli şirkətlərin tanıtım sərgisi"nə həsr olunmuş brifinqdə KOBİA-nın İdarə Heyəti sədrinin birinci müavini Samir Hümbətov deyib.
O qeyd edib ki, KOBİA və "Marsol Grup"un birgə təşkil etdiyi "Yerli şirkətlərin tanıtım sərgisi"nə 2019-cu ildə 50 sahibkarın iştirakı ilə başlanılıb:
"Bu il artıq sərgidə 300-ə yaxın şirkət iştirak edəcək".
Məhərrəm Əliyev