“Günəşli” yatağında Qazlift Kompressor Stansiyasının tikinti-quraşdırma işləri başa çatdırılıb.
Bu barədə Oxu.Az-a SOCAR-dan məlumat verilib.
“Azneft” İstehsalat Birliyinin 28 May adına Neft Qazçıxarma İdarəsinin sifarişi əsasında tikilən stansiya “Günəşli” yatağında neft verən quyuların uzunmüddətli qazlift üsulu ilə istismarını təmin etməklə yanaşı, yataqdakı platformalarda qazlift sistemini tənzimləyəcək, eləcə də atmosferə atılan qazların yığılaraq nəql olunmasını təmin edəcək.
Qeyd edək ki, dənizin 87 metr dərinliyində quraşdırılan stansiyanın məhsuldarlığı 3 milyon kubmetr/gün təşkil edir.
Xatırladaq ki, 2009-cu ildən inşasına başlanılan stansiyada tikinti-quraşdırma işləri “Neftqaztikinti” Trestinin 3 saylı Tikinti-Quraşdırma İdarəsi tərəfindən həyata keçirilib.
www.oxu.az