Azeri Light markalı neft hal-hazırda faktiki olaraq dünya neft bazarında gərgin vəziyyət ucbatından mükafatsız satılır.
Oxu.Az xəbər verir ki, Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) olan mənbənin Fineko agentliyinə bildirdiyinə görə, FOB-un şərtlərinə uyğun olaraq Azeri Light nefti sıfır mükafata sahibdir, amma neftin bir sıra partiyaları diskont ilə satılıb.
FOB-un şərtlərinə görə, neft satışının malı limana çatdırmağı və alıcının göstərdiyi gəmiyə yüklənməlidir; malın gəminin göyərtəsinə çatdırılmasına çəkilən xərclər satıcı tərəfindən ödənilir. Bəzi limanlarda FOB şərtləri altında tədarük zamanı yüklənməyə görə xərcləri alıcı ödəyir. Malın korlanması riski malın gəminin göyərtəsinə yüklənən qədər satıcının, sonradan isə alıcının öhdəsinə düşür
“Son bir neçə ay ərzində bir barel üçün mükafat 3 dollardan 0-a düşüb. Biz ziyana işləməməyə çalışırıq və tədarüklərin diversifikasiyasını aparırıq. Əsasən Asiya bazarına daha çox neft satmağa başlamışıq”, - SOCAR eksperti əlavə edib.
Vəziyyət həmçinin dünya bazarında qiymətlərin ucuzlaşmasına görə, Avropada bir çox neft emalı zavodları neft emalının qiymətlərini ucuzlaşdırır və buna görə də Azeri Light kimi bahalı “şirin” və ya “yüngül” neftdənsə daha ucuz nefti almağa üstünlük verirlər.
“Bununla yanaşı, SOCAR Azeri Light neftinin bir sıra dünya şirkətlərinə tədarükünə dair uzunmüddətli, zəmanətli müqaviləyə malikdir, buna görə də cari vəziyyət böyük təhlükə doğurmur”, - SOCAR nümayəndəsi bildirib.