Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

SOCAR Rumıniya ilə bir sıra enerji məsələlərini müzakirə edib
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Rumıniya arasında bir sıra enerji məsələləri müzakirə edilib.
Oxu.Az xəbər verir ki, bu barədə SOCAR prezidenti Rövşən Nəcəf "X" sosial şəbəkəsindəki hesabında bildirib.
R.Nəcəf bildirib ki, o, Rumıniyanın energetika naziri Sebastian Burduja ilə görüşüb.
Görüşdə Azərbaycan və Rumıniya arasında yüksək səviyyəli ikitərəfli münasibətləri xüsusi olaraq qeyd edilib:
"Görüş çərçivəsində SOCAR-ın Rumıniyadakı fəaliyyəti, təbii qaz təchizatı və nəqli, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi apardıq".
Rumıniyanın energetika naziri Sebastian Burduja ilə keçirilən görüşdə #Azərbaycan və #Rumıniya arasında yüksəksəviyyəli ikitərəfli münasibətləri xüsusi olaraq qeyd etdik. Görüş çərçivəsində SOCAR-ın Rumıniyadakı fəaliyyəti, təbii qaz təchizatı və nəqli, habelə qarşılıqlı maraq… pic.twitter.com/FcUEZkaDGr
— Rovshan Najaf (@RovshanNajaf) April 4, 2025

"Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR)" teqi üzrə xəbərlər
- "SOCAR" İsveçrədə elektrikli yük avtomobilləri üçün ilk sürətli enerjidoldurma stansiyasını açdı
- İsrail "Tamar" layihəsinin 10%-nin SOCAR-a satılmasını təsdiqləyib
- Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
- Pərviz İbadullayevə SOCAR-da yüksək VƏZİFƏ VERİLDİ
- İraq SOCAR-ı ölkənin neft sektoruna sərmayə qoymağa dəvət edib