Cari əməliyyatlar balansı ilə bağlı Mərkəzi Bankın proqnozları 2025-2026-cı illər üçün müsbətdir. AMB 2025-ci il üzrə CƏB-in profisitini 4 milyard, 2026-cı il üzrə isə 3.5 milyard dollar proqnozlaşdırıb.
Oxu.Az xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.
"Son bir neçə ayda qlobal mühitdə kifayət qədər çox qeyri-müəyyənliklərə baxmayaraq profisitlə bağlı proqnozumuz müsbətdir", - deyə o əlavə edib.
Məhərrəm Əliyev