Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Tramp Avropa İttifaqını və Kanadanı daha sərt rüsumlarla hədələdi
ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqını və Kanadanı Vaşinqtona zərər vermək məqsədilə əməkdaşlıq edəcəkləri təqdirdə daha sərt rüsumlarla hədələyib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Ağ Ev rəhbəri "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Əgər Aİ ABŞ-yə iqtisadi zərər vurmaq üçün Kanada ilə əməkdaşlıq etməyə qərar versə, cavab olaraq onlara qarşı genişmiqyaslı və hazırda planlaşdırılandan daha sərt rüsumlar tətbiq edəcəyəm", - deyə o bildirib.
Ağ Ev rəhbərinin sözlərinə görə, bu, hər iki tərəfin "ən yaxşı dostu" olan ABŞ-nin müdafiəsi üçün ediləcək.
10 fevralda ABŞ Prezidenti Donald Tramp xaricdən ölkəyə bütün polad və alüminium tədarüklərinə 25% gömrük rüsumu tətbiq edilməsi barədə göstəriş verib. 12 martda qüvvəyə minən qərar Argentina, Avstraliya, Braziliya, Böyük Britaniya, Avropa İttifaqı, Kanada, Meksika, Cənubi Koreya və Yaponiyadan olan tədarüklərə aiddir. 4 martda ABŞ administrasiyası Kanada və Meksikadan demək olar ki, bütün idxala 25% gömrük rüsumu tətbiq edib, həmçinin Çindən gələn mallara tariflər 10%-dən 20%-ə qaldırılıb.
"Gömrük rüsumu" teqi üzrə xəbərlər
- Bəzi hallarda gömrük rüsumları geri qaytarılacaq: Yeni proqram yaradıldı
- ABŞ Çin mallarına rüsumları azalda bilər
- "Honda Motor" şirkəti Kanadadan istehsalı köçürəcəyi ilə bağlı iddialara cavab verdi
- Çin nadir torpaq metallarının ixracını dayandırır: Avtomobil sektoruna yeni zərbə
- 130 ölkə gömrük rüsumları ilə bağlı ABŞ-yə müraciət etdi