Dövlət Turizm Agentliyi (DTA) Cənubi Asiya və MDB ölkələrində 2026-cı il üçün təbliğat işləri aparacaq.
Oxu.Az-ın məlumatına görə, DTA Hindistan, Pakistan, Özbəkistan və Qazaxıstanda müxtəlif işlər həyata keçirəcək.
Xidmətlərə aşağıdakılar daxildir:
Hindistanda təmsilçilik xidmətlərinin alınması;
Hindistanda yol şousunun (silsilə B2B tədbirlər) təşkili;
Pakistanda yol şousunun (silsilə B2B tədbirlər) təşkili
Özbəkistanda yol şousunun (silsilə B2B tədbirlər) təşkili
Qazaxıstanda yol şousunun (silsilə B2B tədbirlər) təşkili.
Sözügedən xidmətlərin həyata keçirilməsinə çəkilən xərclərin ehtimal olunan məbləği 1 milyon 204 min 375 manatdır.
Məlik Məlikov