“Türk Axını” layihəsinin Rusiya seqmentində ilk 50 kilometrlik hissəsinin tikintisi dünəndən başa çatıb”.
Oxu.Az xəbər verir ki, bunu Rusiya energetika nazirinin müavini Anton Inyutsin deyib.
Nazir müavini deyib ki, Rusiya təbii qazda liderdir və bazara sərmayələri davam edəcək: “Qlobal bazarda ən çox təbii qazı ixrac edən ölkəyik. Gələn il enerji şirkətimiz “Novatek”in mayeləşdirilmiş təbii qaz (LNG) layihəsi də aktivləşəcək. Bu halda qaz ixracımız 10 faiz nisbətində artacaq”.
A.İnyutsin deyib ki, “Türk Axını” layihəsinin Rusiya seqmentində ilk 50 kilometrlik hissəsinin tikintisi başa çatıb: “Layihə hələ yeni başlayıb. Bundan sonra plana uyğun irəliləyəcəyik. 2019-cu ildə layihəni tamamlayacağıq”.
L.Ə.