2014-cü ilin oktyabrından 2017-ci ilin may ayına qədərki müddətdə rusların gəlirləri 19,2 faiz azalıb.
Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, 31 ayda ölkə əhalisinin iqtisadi vəziyyəti aşağı düşüb. Rusiya Elmi-Tədqiqat İnstitutunun hazırladığı “Rusiya əhalisi 2017-ci il: Gəlirlər, xərclər və sosial vəziyyət” adlı hesabata görə, bu ilin yanvar-may aylarında əhalinin real gəlirləri illik müqayisədə 1,8% azalıb. Bununla yanaşı, 5 ay ərzində orta aylıq əmək haqqı illik müqayisədə 2,9% artım göstərib və 40 640 rubla çatıb.
Hesabata görə, ötən müddətdə qida məhsullarının qiymətləri 25,7 faiz bahalaşıb. Qeyri-ərzaq məhsullarının qiymətləri 26,2 faiz, xidmətlər 21,3 faiz yüksəlib. Bahalaşma əhalini təsərrüfatla məşğul olmağa vadar edib. Respondentlərin təxminən 32 faizi təsərrüfatla məşğul olduğunu deyib.
L.Ə.