Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) növbəti valyuta hərracı keçirilib.
Bu barədə bankdan Oxu.Az-a bildirilib.
Hərracda Dövlət Neft Fondu (SOFAZ) tərəfindən 100 milyon dollar və Mərkəzi Bank tərəfindən 50 milyon dollar olmaqla ümumilikdə 150 milyon dollar məbləğində vəsait satışa çıxarılıb.
Hərracda 20 bank iştirak edib və məcmu tələb 70,2 milyon dollar təşkil edib.
11:31
Bu gün Azərbaycanda növbəti valyuta hərracı keçiriləcək.
Oxu.Az xəbər verir ki, bank dairələrindən “Report”a verilən məlumata görə, hərraca Dövlət Neft Fondu (SOFAZ) 100 milyon dollar, Azərbaycan Mərkəzi Bankı (AMB) isə 50 milyon dollar vəsait çıxaracaq.
“Report”un analitik qrupu sentyabrın 28-nə AMB-nin rəsmi AZN/USD məzənnəsinin 1,6253 olacağını proqnozlaşdırır.
Xatırladaq ki, ötən gün jurnalistlərə açıqlamasında AMB sədri Elman Rüstəmov bundan sonra da hərraclarda kifayət qədər vəsait təklif ediləcəyini və əsassız devalvasiya şayiələrinə yol verilməyəcəyini bildirib.
U.A.
www.oxu.az