"Bank VTB" (Azərbaycan) "NIKOIL | Bank"la bankomat şəbəkəsinin birgə istifadəsinə dair tərəfdaşlıq müqaviləsi imzalayıb. Razılaşmaya əsasən, "VTB" (Azərbaycan) kart sahibləri "NIKOIL | Bank"ın bankomatlarından əlavə komissiyasız nağd vəsait çıxara bilər.
Bundan başqa, "VTB" (Azərbaycan) müştəriləri "NIKOIL | Bank"ın bankomatlarının təklif etdiyi digər xidmətlərdən, o cümlədən "Cash by Code" xidmətindən istifadə edərək, vəsaitin köçürülməsi, "Card to Card", 3D Secure parolunun alınması, eləcə də, kart üzrə əməliyyatlar barədə SMS-xəbərdarlıq xidmətlərindən istifadə edə bilər.
Beləliklə, bankın kart sahiblərinə əlavə komissiyasız nağd vəsaiti çıxarmağa imkan verən "VTB" (Azərbaycan)-ın güzəştli bankomat şəbəkəsi indi "VTB", Poçta Bank (Rusiya), "VTB" (Gürcüstan), "VTB" (Ukrayna), "VTB" (Qazaxıstan), "VTB" (Belarus), eləcə də, yerli "AccessBank", "PASHA Bank" və "NIKOIL | Bank" ilə təmsil olunur.
"NIKOIL | Bank" ilə tərəfdaşlıq "VTB" (Azərbaycan) müştərilərinin xidmət şəbəkəsini genişləndirməyə imkan verəcək və müştərilərə bankomatlardan istifadə etmək üçün daha rahat şərait yaradacaq.
Arayış üçün:
"Bank VTB" (Azərbaycan) ASC "VTB Bank" ASC-nin törəmə bankıdır. "Bank VTB" (Azərbaycan) ASC-nin səhmdarları "VTB Bank" ASC və "AtaHolding" MMC-dir. "Bank VTB" (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcə də, fiziki şəxslərə xidmət göstərir.