Dünya bazarlarında “qara qızıl”ın qiyməti bahalaşıb.
Bu barədə Oxu.Az hərracların son nəticələrinə istinadən xəbər verir.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,64% artaraq 59,03 dollar təşkil edib. Bununla da, WTI markalı neftin qiyməti 2015-ci il, iyunun 30-dan dən etibarən ilk dəfə 59 dolları ötüb.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,5% bahalaşaraq 63,87 dollar olub.
S.B.
www.oxu.az