“Groupama Sıgorta” şirkətinin “Başak İnam Sığorta”dakı payını satması gözlənilmir”.
Oxu.Az-ın məlumatına görə, bu barədə Fins.az-a sığorta şirkətindən bildirilib.
“Başak-İnam Sığorta”dan deyiblər ki, bu məsələ yeni deyil:
“Şirkət 3-4 il əvvəl “Başak İnam Sığorta”dakı payını satmağa çalışıb. Amma görünən odur ki, sata bilməyib. Hazırda isə bu məsələ aktual deyil”.
Şirkətin səhmlərinin 14%-nə “Groupama Sıgorta” nəzarət edir.
Qeyd edək ki, bir müddət öncə mətbuatda xarici səhmdarın şirkətdəki payını satacağı barədə məlumat yayılmışdı.
U.A.
www.oxu.az