Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Xəbərdarlıq sistemlərinə dair yeni dövlət standartı qəbul edilib
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS EN 50130-4:2024 “Xəbərdarlıq sistemləri - Hissə 4: Elektromaqnit uzlaşması - Məhsul ailəsi standartı: Yanğın, müdaxilə, saxlama, CCTV, girişə nəzarət və sosial siqnalizasiya sistemlərinin komponentləri üçün dözümlülük tələbləri” dövlət standartı qəbul edilib.
Oxu.Az-ın AZSTAND-a istinadən xəbərinə görə, standartda yaşayış, ticarət, sənaye mühitləri, binalar və onların ətrafında istifadə üçün nəzərdə tutulan siqnalizasiya sistemləri, yanğın, aşkarlama, müdaxilə və yanğın siqnalizasiya sistemlərinin komponentlərinə dair dözümlülük tələblər əks olunub.
Qeyd edək ki, yeni dövlət standartı “İnformasiya-kommunikasiya texnologiyaları” (AZSTAND/TK 05) standartlaşdırma üzrə Texniki Komitədə müzakirəyə çıxarılıb və İnstitut tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
"Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi" teqi üzrə xəbərlər
- Azərbaycanda yumurtanın qiyməti ilə bağlı ZİDDİYYƏT
- İqtisadiyyat nazirinin müşaviri vəzifəsinə yeni təyinat olub
- "Azərkosmos" hədiyyə almaq üçün xərclədiyi 154 min manatı büdcəyə bərpa etməli olacaq
- Azərbaycanda Milli Etalon Vaxtı yaradılır
- "Avtomobillər sıradan çıxır" - Sürücülər keyfiyyətsiz yanacaqdan ŞİKAYƏT EDİRLƏR