Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

"Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanında neçə nəfər iştirak edir?
"Hazırda imtahanda 1311 nəfər iştirak edir".
Oxu.Az xəbər verir ki, bu sözləri "Yüksəliş" müsabiqəsinin əyani mərhələsinin idarəetmə bacarıqları imtahanı zamanı gənclər və idman nazirinin müavini, "Yüksəliş" müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, artıq imtahanların son mərhələsidir:
"Cənab Prezidentinin sərəncamı ilə 4-cü "Yüksəliş" müsabiqəsi keçirilir. Artıq imtahanların son mərhələsindəyik.
Bu gün imtahanda 1311 nəfər iştirak edir. Onlar 15 000-dən artıq namizəd arasından seçilənlərdir".
F.Hacıyev əlavə edib ki, bugünkü imtahan nəticəsində təxminən 300-ə yaxın namizəd yarımfinal mərhələsinə keçid alacaq:
"Onlar idarəetmə bacarıqlarını müəyyən edəcəklər. 300-ə yaxın iştirakçı yarımfinala keçəcək.
90 sual təqdim edilir. İmtahanlar içərisində ən çətini bu mərhələdir. Bundan əvvəlki imtahanda 5000-ə yaxın iştirakçı olub".
Nəzrin Vahid
"Yüksəliş müsabiqəsi" teqi üzrə xəbərlər
- Beşinci "Yüksəliş" müsabiqəsi üzrə imtahanların vaxtı açıqlanıb
- Beşinci "Yüksəliş" müsabiqəsinin qeydiyyat mərhələsi başa çatıb
- Fərhad Hacıyev: "Yüksəliş" müsabiqəsinə maraq çoxdur"
- Fərhad Hacıyev: "Yüksəliş" müsabiqəsinə dəfələrlə müraciət edən iştirakçılar var"
- "Yüksəliş" müsabiqəsinin Kadr Bankı yaradılır