Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Toyda qaçırılan uşağın nənəsi danışdı: "Günorta saatlarından izləyirmiş"
"Uşağa bir manat uzadıb, pulu götürəndə, maşına qoyub qaçırdıb".
Oxu.Az xəbər verir ki, bu sözləri aprelin 19-da Ağstafa rayon Aşağı Göycəli kəndi ərazisində keçirilmiş toy mərasimindən qaçırılan iki yaşlı qızın nənəsi deyib.
O bildirib ki, 57 yaşlı Telman Omarov uşağı günorta saatlarından izləyib.
"Axşam uşağa yemək gətirmək üçün aşağı düşdük. Bir göz qırpımında uşağı götürüb qaçıb. Yaxşı ki, çöldə dayanan bir nəfər onu görüb. Bizə dedi, bildik ki, Telmandır".
Daha ətraflı İctimai TV-nin süjetində:

Toydan 2 yaşlı uşağı qaçıran şəxsi polis saxlayıb.
Oxu.Az xəbər verir ki, aprelin 19-da Ağstafa rayon Aşağı Göycəli kəndi ərazisində keçirilmiş toy mərasimindən 2 yaşlı qız uşağının qaçırılması barədə məlumatlar yayılıb.
Məlumata görə, 57 yaşlı Telman Omarov uşağı qaçıraraq yaşadığı evə gətirib, onu almaq üçün gələn valideynlərinin üzərinə həyətdə saxladığı iti buraxıb.
Sərxoş vəziyyətdə olan kişi polis əməkdaşları tərəfindən saxlanılıb, uşaq valideynlərinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.