Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Adam bıçaqlamaqda təqsirləndirilən sabiq diplomata AĞIR CƏZA
Bakıda Suraxanı rayon sakini Kamal Şükürova bıçaqla ağır xəsarət yetirməkdə təqsirləndirilən sabiq diplomat Emin İbrahimovun məhkəmə istintaqı başa çatıb.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Vüqar Quliyevin sədrliyi ilə keçirilən sonuncu iclasda hökm oxunub və Emin İbrahimov 7 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, daha əvvəlki iclasda dovlət ittihamçısı təqsirləndirilən şəxsin 10 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.
Qeyd edək ki, hadisə 2024-cü il iyulun 22-də baş verib. Emin İbrahimov Kamal Şükürova bıçaqla xəsarət yetirməkdə şübhəli bilinərək məsuliyyətə cəlb olunub, barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən ağır zərər vurma) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.
Onu da qeyd edək ki, Emin İbrahimov 2007-20-ci illərdə diplomatik korpuslarda çalışıb. O, 2012-16-cı illərdə Azərbaycanın ABŞ-dəki səfirliyində, 2016-19-cu illərdə isə Azərbaycanın Uruqvaydakı diplomatik nümayəndəliyində işləyib.
Elgün Həsənli