Ağcabədidə kişi arvadı, qayınanası və qayınatasını qətlə yetirərək intihar edib.
Oxu.Az xəbər verir ki, APA-nın Qarabağ bürosunun məlumatına görə, Ağcabədidə Xocavənd sakini Quliyev Ələsgər Əşrəf oğlu ailə münaqişəsi zəminində ov tüfəngi ilə arvadı Ayfan Səfərova, qaynanası Nazilə Səfərova və qayınatası Ənvər Səfərovunu güllələməkdə şübhəli bilinib.
Quliyev Ələsgər Əşrəf oğlu hadisəni törətdikdən sonra qəbiristanlıq yaxınlığında intihar edib.
Şahidlərin sözlərinə görə, hadisəni törədən şəxs ərazidən qaçmağa çalışıb, lakin ərazinin Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən mühasirəyə alındığını görərək özünə atəş açaraq intihar edib.
Hadisə Quliyev Ələsgər Əşrəf oğlunun qayınatasının evində baş verib.
Mərhumlar Ağdam rayonu Mərzili kənd sakinləridir.
Ağcabədi rayon ərazisində məskunlaşıblar.