Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Ahıl vətəndaşları aldadaraq pullarını ələ keçirən şəxs saxlanılıb
Polis ahıl şəxsləri aldadaraq pullarını ələ keçirən daha bir nəfəri müəyyən edərək saxlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, yaşlı nəslin nümayəndələrinə zəng edərək yaxın qohumlarının qəza törətməsi adı ilə onların pul vəsaitlərinin ələ keçirilməsi barədə daxil olan müraciətlər üzrə polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
Belə ki, dələduzluğa məruz qalan paytaxt sakini olan 79 və 66 yaşlı iki qadın bu barədə polisə müraciət edib. Onların 8 000 manat və 9 530 avro pulunun eyni üsulla ələ keçirildiyi məlum olub.
Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə kuryer qismində bu qanunsuz əməllərə cəlb olunan Bakı şəhər sakini, 20 yaşlı Yusif Əliyev müəyyən olunaraq saxlanılıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, bundan əvvəl eyni əmələ görə daha üç nəfər saxlanılıb.
Rəylər