Gəncədə xəsarətlərlə xəstəxanaya yerləşdirilən qadının bıçaqlanma səbəbi və hadisənin bəzi təfərrüatları məlum olub.
Oxu.Az Bizim.Media-ya istinadən xəbər verir ki, 1990-cı il təvəllüdlü Aygün İsmayılovaya ailə münaqişəsi zəminində kəsici alətlə xəsarət yetirən şəxsin onun həyat yoldaşı, Gədəbəy rayon sakini, 40 yaşlı R.Novruzov olduğu ehtimal edilir.
İlkin versiyaya əsasən, hadisəyə qadının həyat yoldaşından boşanmaq istəməsi səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.
Oxu.Az-a daxil olan məlumata görə, 36 yaşlı şəhər sakini Aygün İsmayılova bıçaqlanıb.
Qadın xəstəxanaya çatdırılıb.
Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində A.İsmayılovaya kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən əri, 40 yaşlı Ruslan Novruzov saxlanılaraq istintaqa təhvil verilib.