Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Astarada axtarışda olan silahlı şəxs polislər tərəfindən saxlanılıb
Astarada keçirilən əməliyyat zamanı axtarışda olan, əvvəllər beş dəfə məhkum edilmiş silahlı şəxs polislər tərəfindən saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.
Astara rayon sakini, 1978-ci il təvəllüdlü Qurban Fərhad oğlu Ağayevin qeydiyyatda olduğu evdə gizləndiyi, mənzilində və üzərində odlu silah, döyüş sursatı olması ilə bağlı polisə məlumat daxil olub.
Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Q.Ağayevin üzərindən "SUR M9" markalı tapança, həmin silaha aid yeddi ədəd patron, qeydiyyatda olduğu ünvandan isə ümumilikdə 340 qram metamfetamin və marixuana, 100 ədəd metadon həbi, bir ədəd qanunsuz saxlanılan ov tüfəngi, həmin silaha aid səkkiz ədəd patron, əlavə olaraq içərisində yeddi ədəd patron olan tapança darağı aşkarlanaraq götürülüb.
Məhkəmənin qərarı ilə Q.Ağayev barəsində həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı araşdırma aparılır.
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Vətəndaşların yüksəkrütbəli polislərə müraciəti ilə bağlı yeniliyin təfərrüatı açıqlandı
- Vətəndaşlar polis rəislərinə birbaşa müraciət edəcəklər
- Bakı-Qazax yolundakı dəhşətli qəzanın SƏBƏBİ: Sürücü öldü, həyat yoldaşı xəsarət aldı
- Aeroport şosesində qəza: 3 avtomobil toqquşdu
- Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən müxbirə hökm oxunub