Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Azərbaycanda iş adamının müəmmalı ölümü yenidən araşdırılacaq
Ötən ilin noyabrında "İstanbul NS" klinikasında vəfat edən iş adamı, uzun illər "Natavan" trikotaj fabrikinin rəhbəri olmuş Böyükağa Şükürovun ölümü yenidən araşdırılacaq.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Nərimanov Rayon Məhkəməsi rayon prokurorunun B.Şükürovun ölüm faktı ilə bağlı cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarını ləğv edib.
Məhkəmə toplanmış material üzrə araşdırmaların davam etdirilməsinə qərar verib.
Qeyd edək ki, Böyükağa Şükürovun qardaşı Qabil Şükürov onun ölümündə şübhəli məqamların olduğunu iddia etmişdi. O, toplanmış materialların Nərimanov Rayon Prokurorluğundan alınaraq Baş Prokurorluğun İstintaq İdarəsinə verilməsi ilə bağlı müraciət edib.
"Nərimanov Rayon Məhkəməsi" teqi üzrə xəbərlər
- Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edilib? - AÇIQLAMA
- Paytaxtda tiktoker qızdan ŞOK ƏMƏL: Kişini tapıb ayağını öpdürdü
- Bakı metrosuna qəsdən ziyan vuran əcnəbilər apellyasiya şikayəti verdilər
- Bakıda avtomobillə 47 yaşlı qadını vurub öldürən vəzifəli şəxsə cəza verildi
- Qonşusunun yetim uşağını döyə-döyə diləndirdi: Bakıda görünməmiş VƏHŞİLİK
Rəylər