Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Azərbaycanda kişini zorlayan iş yoldaşına cəza verildi
2024-cü ilin fevral ayında Qusar rayonunun kəndlərindən birində öz həmkəndlisinə cinsi təcavüz etmiş 1989-cu il təvəllüdlü Zamiq Novruzov (ad-soyadlar şərtidir -red.) məhkəmə qarşısına çıxarılıb.
Oxu.Az Publika.az-a istinadla xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Zamiqin iş yoldaşı olan Muxtar adlı həmkəndlisinə zorakılıq etməsi bildirilib.
Qeyd edilib ki, Muxtar ailəli və 3 uşaq atası olsa da kənddə tək yaşayıb. Onun ailəsi başqa yerdə kirayədə qalıb. Əvvəllər də cinayət törətdiyinə görə məhkum edilmiş Zamiq Muxtar ilə bir yerdə işləyib və aralarında dostluq münasibəti yaranıb.
Hadisə baş verən gün isə Zamiq Muxtarın tək yaşadığı evə gedib və birgə 0,5 litr araq içiblər. Daha sonra fiziki cəhətdən daha güclü olan Zamiq Muxtarı amansızlıqla döyməyə başlayıb və əl-qolunu, ağzını skoçlayaraq ona təcavüz edib.
Bundan sonra Muxtar hadisə barədə polisə məlumat verib.
Məhkəmədə Zamiq ona böhtan atıldığını deyib. Muxtar isə artıq Zamiqi bağışladığını bildirib.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Zamiqi Cinayət Məcəlləsinin 150-ci, yəni seksual xarakterli zorakılıq əməlləri maddəsi üzrə təqsirli bilib. O, 5 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
"Qadınlara qarşı zorakılıq" teqi üzrə xəbərlər
- Rəsmi Bakıdan Mirzoyanın Qərbi Azərbaycan İcması ilə bağlı səsləndirdiyi iddialara CAVAB
- Məşhur ABŞ-li atlet həyat yoldaşına qarşı zorakılıq etdiyi üçün saxlanılıb
- Belçikasayağı kolonializm: Soyqırımı, azyaşlıların istismarı, etnik təmizləmə
- Bakıda evdən çürümüş qadın meyiti tapıldı
- Azərbaycanda 33 yaşlı kişi ikinci sinif şagirdi ilə intim əlaqədə olmaq istədi
Rəylər