Müalicə müəssisəsində saxlanılan məhkumun yanına gətirilən kitabın içindən telefon çıxıb.
Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a verilən məlumata görə, Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində faktın üstü açılıb.
Belə ki, müalicə müəssisəsində saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 maddəsinə əsasən təqsirli bilinərək azadlıqdan məhrum edilmiş məhkum Fuad Rövşən oğlu Kazımzadənin saxlanıldığı palataya və şəxsi əşyalarına baxış keçirilib.
Bu zaman “Paroqi” adlı kitabın vərəqlərinin arasında kəsilərək düzəldilmiş gizli saxlanc yerində gizlədilmiş 1 (bir) ədəd “i Phone 5S” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.
