Bakıda 37 yaşlı qadın qeyri-rəsmi nikahda yaşadığı kişini bıçaqlayıb.
Oxu.Az-ın lent.az-a istinadən verdiyi məlumata görə, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən evdə baş verib.
1980-ci il təvəllüdlü Qurbanova Rəna Tengiz qızı qeyri-rəsmi nikahda yaşadığı 1984-cü il təvəllüdlü Ustinov Sergey İqoryeviçi bıçaqlayıb. 33 yaşlı kişi qarın nahiyəsindən aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Z.Q.
www.oxu.az