Dağıstan prokurorluğu Azərbaycandan Rusiyaya qeyri-leqal yolla, yük maşınının kuzovunda 424 min ABŞ dolları keçirməyə cəhd edərkən yaxalanan K.Əliyevin işinə dair rəsmi məlumat yayıb.
Oxu.Az bu barədə Rusiya KİV-nə istinadən xəbər verir.
Qeyd edilir ki, 2015-ci ilin sentyabrında K.Əliyev 424 min ABŞ dollarını və 4,5 milyon rublu ona məxsus yük avtomobilinin kuzovunda gizlədərək sərhəddən Rusiya ərazisinə keçirib.
Həmin şəxs Dağıstanla Azərbaycan sərhəddindəki “Tahirkənd-Qazmalar” sərhəd-keçid məntəqəsində saxlanılıb və barəsində cinayət işi qaldırılıb.
Prokurorluq ona qarşı yekun ittihamı təsdiq edərək işi Məhərrəmkənd rayon məhkəməsinə göndərib.